Sifariş üzrə bölgü (abunə (yazılış) əsasında bölgü)

Allotment Qiymətli kağızların əvvəlcədən sifariş (yazılma, abunə) əsasında bilavasitə yeni səhmdarlar və ya qiymətli kağızların yeni buraxılışına yazılışı və yerləşdirməni həyata keçirmək üçün yaradılmış sindikat üzvləri arasında bölüşdürülməsi.
Sifariş (tapşırıq)
Sifarişlər (təkliflər) əsasında
OBASTAN VİKİ
Misradaxili bölgü
Təqti(ərəb. تقطع‎ fasilə, bölgü) və yaxud misradaxili bölgü misra daxilindəki fasilələrdir. Ritm bütün dillərdə qafiyə ilə yanaşı poeziyanın əsas və universal əlamətidir. Heca, əruz və müxtəlif xalqlarda olan ağ (sillabik) şeir də ritmə əsaslanır. Milli dillərdə poetik ritmin xüsusiyyətləri bu dillərin fonetik quruluşu, saitlərin və sonor samitlərin uzun ya qısa tələffüzünə əsaslanır. Türk dillərində ümumiyyətlə saitlər hamısı qısadır. Ona görə də türk dillərindəki heca vəzninin ritmikliyi misraların təqtilərə bölünməsindən yaranır. Heca təqtiləri. Təqtilər şeir misrasında daxili ritmin tərkib ünsürləridir. Heca vəznində təqti müəyyən sayda hecalardan sonra verilən durğulara (ritmik fasiləyə) əsaslanır.
Qızıl bölgü
Qızıl bölgü (və ya qızıl nisbət) — riyaziyyat və incəsənətdə tətbiq olunur. İki ədəd o vaxt qızıl nisbətdə olur ki, ( φ {\displaystyle \varphi } ), onların cəminin daha böyüyünə nisbəti onlardan böyüyünün kiçiyinə nisbətinə bərabər olsun. Cəbri dildə aşağıdakı kimi yazılır: a + b a = a b ≡ φ , {\displaystyle {\frac {a+b}{a}}={\frac {a}{b}}\equiv \varphi ,} burada Yunan hərfi fi ( φ {\displaystyle \varphi } ) qızıl bölgünü bildirir və onun dəyəri: φ = 1 + 5 2 = 1.61803 39887 … . {\displaystyle \varphi ={\frac {1+{\sqrt {5}}}{2}}=1.61803\,39887\ldots .} XX əsrdən başlayaraq xeyli sənətkarlar, memarlar öz işlərini qızıl bölgüyə əsasən qurmağa çalışıblar. Xüsusən də, onlar qızıl düzbucaqlı formasında tikintilərə xüsusi yer ayırıblar. Qızıl düzbucaqlıda uzun tərəfin qısa tərəfə nisbəti qızıl bölgü əsasında qurulur. Qızıl bölgü tarixən insanlar tərəfindən istifadə edilməsinə baxmayaraq, ilk dəfə kim tərəfindən kəşf edildiyi haqqında dəqiq bir məlumat yoxdur. Euclid (e.ə. 365 – e.ə. 300), "Elementlər" adlı nəzəriyyəsində bir xətti 1.6180339… nöqtəsindən bölmək haqqında yazmış və bu xətti ekstrem və əhəmiyyətli nisbətdə bölmək deyə adlandırmışdı.
Kvartal (inzibati bölgü)
Kvartal bir şəhərin daxilində yerləşən xüsusi bir ərazidir. Rəsmi inzibati sərhədlərdən asılı olmayaraq mövcudluğu ilə məhəllə anlayışından fərqli olan kvartal anlayışının müxtəlif cür izahı mövcuddur.
İkili yazılış
İkili yazılış — təşkilatın fondlarındakı vəziyyətdəki hər dəyişikliyin ümumi bir qalıq təmin edən ən azı iki mühasibat hesabında əks olunduğu mühasibat üsulu. Uçotda ikili yazılışın və ümumiyyətlə mühasibat uçotunun yaranması da İtaliyanın intibah dövrünə təsadüf edir. Təsərrüfatda baş vermiş hadisələrin-işlərin, əməliyyatların, proseslərin hərəkətini izləmək, daha doğrusu, bir tərəfdən işin, əməliyyatın, prosesin kim tərəfindən verilməsini, onların həyata keçirilməsi üçün vəsaitin haradan alınmasını, tələb olunan digər zəruri fəaliyyətin yerinə yetirilməsinə lazım olan maddi və əmək ehtiyatlarının əldə edilmə mənbəyini, digər tərəfdən sözügedən sifarişlərin, vəsaitlərin, maddi və əmək ehtiyatlarının və s-nin kimin icra edəcəyini, ona məsul olacağını, harda mühafizə edəcəyini təyin etmək üçün (həm sifarişin verilməsi, vəsaitin alınması, ehtiyatların əldə edilməsi kimi bir yazılışla həm də bu verilmiş sifarişləri, alınmış vəsaitləri, əldə edilmiş ehtiyatları kimin icra edəcəyi kimi ikinci yazılışla aparılmasında) istifadə edilən ikili yazılışın meydana gəlməsinin insan cəmiyyətinin həyat və yaşayışının təmin edilməsinə imkan yaradan şəxsi kapitalın gələcək inkişafına təkan vermişdir. İkili yazılış sistemi XIII–XIV əsrdə yaranmış, onlardan Şimali İtaliyanın bir sıra ticarət mərkəzlərində istifadə olunmuşdur. Genuyada tapılmış bələdiyyə yazılarında ikili yazılış sistemi 1340-cı ilə təsadüf edir. Daha erkən ikili yazılış Florensiyanın ticarət firmalarında (1299–1300-cü illər) eləcə də Şampan (Fransa) əyalətində ticarət aparan firmalarda aşkar edilmişdir. Uçotun ilk sistemləşdirilməsi Fransiskan rahibi Luka Paçoli olmuş və o həmin dövrdə özünün böyük əsəri olan "Hesablar və yazılışlar haqda traktat"ını yazaraq (1494-cü il) uçot yazılışlarının mahiyyətini çox bacarıqla aça bilmişdir. Onun, sözügedən bu kitabı bizim dövrümüzdə də aktual olaraq qalır və uçot təcrübəsində istifadə olunur. Müasir dövrdən fərqli olaraq əvvəlki dövrün mühasibat uçotu fərdi sahibkarı lazımi informasiyalarla təmin etmiş, bütün məlumatlar gizli şəkildə saxlanılmış; həmin dövrdə mülkiyyətçi və təşkilatın əmlakı arasında heç bir məhdudiyyət qoyulmamış; təşkilatda hesabat və onlar arasındakı dövr haqqında heç bir anlayış olmamış; çoxlu pul vahidinin mövcudluğu ikili mühasibatlıqdan istifadəni çətinləşdirmişdir. Bütün bunlar uçot registrlərində (qeydiyyatlarında) aparılan yazılışları xüsusilə mal haqda məlumatları (çəki, ölçü, ölçü vahidi, qiymət) təsviri xarakterizə etməklə öz işini yekunlaşdırırdı.
İnfiks yazılış
İnfiks yazılış (ing. infix notation ~ ru. инфиксная запись ~ tr. infiks gösterimi) – ifadələrdə istifadə edilən elə işarələmə sistemidir ki, ikiyerli operatorlar öz arqumentləri arasında yazılır, məsələn, “2+4”, biryerli operatorlar isə, adətən, bilavasitə öz arqumentlərinin qabağında göstərilir, məsələn: “–1”. Java və C++ kimi proqramlaşdırma dillərində bu infiks yazılışından istifadə olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. RPN or DAL?
Sərfəli Sifariş Miqdarı
Sərfəli Sifariş Miqdarı modeli (ing. Economic order quantityEconomic order quantity) — bilinən ən qədim və ən çox istifadə edilən ehtiyatlara nəzarət metodu olub, ilk dəfə 1915-ci ildə Ford Harrisin nəşrlərində rast gəlinib. Modeldən istifadə etmək rahat olsa da, bəzi şərtlərin ödənilməsi vacibdir. Bu şərtlər: Tələb müəyyən və sabitdir. Çatdırılma vaxtı- sifarişlərin verilməsi ilə təhvil alınması arasında müddət müəyyən və sabitdir. Sifariş edilən miqdar hissələrlə deyil, bütöv olaraq təslim edilir və sabitdir. Sifarişin təchiz olunma müddəti dəqiq bilinir və ya sıfıra bərabərdir. Əsas xərclər sifariş və ehtiyat saxlama xərcləridir ki, bunlar da il ərzində dəyişilmir. Güzəşt və endirimlər mövcud deyil. Əgər yuxarıda göstərilən şərtlərin biri və ya bir neçəsi ödənməssə SSM modelində dəyişikliklər edilərək istifadə olunur.
Akkumulyasiya üzrə bioindikasiya
Bioindikasiya — biotanın bu və ya digər yaşayanlarının təbii proseslərə aktiv surətdə (eksperimental) təsir etməyərək onlara müşahidə edilməklə mühitin vəziyyətinin keyfiyyətinin qiymətləndirilməsindən ibarətdir. Buraya bioindikatorlar kimi müxtəlif səviyyədə təşkil olunmuş biosistemləri misal göstərmək olar. Mühitin keyfiyyətinin qiymətləndirilməsi bioindikator əlamətlərinə görə yerinə yetirilir. Bu müşahidə edilən biosistemlərin elə xarakteristikaları üzrə aparılır ki, onlar daha tam və dəqiq surətdə onların salamatlığını əks etdirsin. Monitorinq tədqiqatlarının əsasını eksperiment deyil, müşahidə təşkil etdiyindən, bioloji monitorinqin əsas metodologiyasını bioindikasiya təşkil edir. Buna baxmayaraq, həmçinin çöl və laboratoriya şəraitində biotestdən keçirilmənin bəzi metodlarından da, mühitin keyfiyyətinin qiymətləndirilməsi və onun antropogen dəyişikliklərin aşkar edilməsindən ötrü istifadə edilir. Effektiv toplayıcı bioindikator nümunələri kimi su xərçəngəbənzər xitin zirehləri və həşaratların sürfələri, molyusklar və onların çanaqları (sonuncular uzun müddət qala bilirlər və molyuskların məhvindən sonra belə indikasiya kimi istifadə edilə bilər), mamır, bəzi quş və məməli heyvanların orqanlarını (beyin, böyrəklər, dalaq, qara ciyər və s.) göstərmək olar. Belə ki, qeydedici və toplanan və ya akkumulyasiya bioindikatorları fərqləndirilir. Yuxarıda nəzərdən keçirilən qeydedici bioindikasiya göstəriciləri biotaya mühit amillərinin ümumi təsir səviyyəsi barəsində mühakimə yürütməyə imkan verir. Akkumulyasiya üzrə bioindikasiya amillərin (kimyəvi) özlərini keyfiyyətcə qiymətləndirməyə imkan verir, bunun üçün orqanizmlərin toxumlarında, müəyyən orqanlarda və bədənin hissələrində çirkləndirici maddələrin toplanması xüsusiyyətindən istifadə edilir.
Kompüter üzrə mühəndis
Müasir dövrdə həyatımızın hər bir sahəsində kompüterlərdən geniş istifadə olunur və, təbii ki, kompüter üzrə ən müxtəlif ixtisaslara böyük tələbat var. Belə ixtisaslardan biri də kompüter üzrə mühəndislikdir. Kompüter üzrə mühəndis əsasən müxtəlif kompüter sistemlərinin qurulması, kompüter və onun sistemlərinin təmiri ilə məşğul olur, eləcə də həmin sistemlərin həmişə işlək vəziyyətdə olmasını təmin edir. O, bir ofis daxilində istifadə olunan kiçik şəbəkələrdən tutmuş minlərlə kompüter və müxtəlif sistemləri birləşdirən mürəkkəb şəbəkələr qurur. Lazım gəldikdə, kompüter mühəndisi müxtəlif sistemlərlə işləyən kompüterləri eyni şəbəkəyə birləşdirir, kompüter sistemlərinin keyfiyyətlə çalışmasını təmin edir. Eyni zamanda kompüter üzrə mühəndis İnternetə çıxışı təmin etməklə, işçilərin dünyada baş verən ən son proseslərdən operativ şəkildə xəbərdar olması üçün imkan yaradır. Kompüter mühəndisi həm bütövlükdə kompüterin, həm də onun ayrı-ayrı hissələrinin iş mexanizmini dərk etmək üçün fizika və riyaziyyatı, xüsusilə də fizikanın elektrik və maqnit, riyaziyyatın isə riyazi məntiq bölmələrini dərindən mənimsəməlidir. Kompüter mühəndisinin qarşısına çıxa biləcək problemlərin mənbəyini çox zaman ilk baxışdan dəqiq bilmək olmur, çünki həmin problemlər bir neçə səbəbdən yarana bilər. Kompüter mühəndisi üzləşdiyi problemin məhz hansı səbəbdən (və ya səbəblərdən) yarandığını aydınlaşdırmaq üçün mümkün mənbələri yoxlayıb aradan qaldırmalıdır (bu prosesə problemin lokalizasiyası deyilir). Bu işdə, ixtisasını gözəl bilməklə yanaşı, məntiqi mühakimə yürüdə bilmək qabiliyyəti, mühəndis intuisiyası, səbirli, soyuqqanlı olmaq kompüter mühəndisinə çox kömək edə bilər.
Səhm üzrə mənfəət
Səhm üzrə mənfəət (ing. Earnings per share, EPS) — şirkətin bölüşdürülə bilən xalis mənfəətinin adi səhmlərin orta illik sayına nisbətinə bərabər olan maliyyə göstəricisi. Səhm üzrə mənfəət fond bazarında fəaliyyət göstərən şirkətlərin investisiya cəlbediciliyini və səmərəliliyini müqayisə etmək üçün istifadə olunan əsas göstəricilərdən biridir. Səhm üzrə mənfəət düsturla müəyyən edilir: E P S = I N − D P S A {\displaystyle EPS={\frac {I_{N}-D_{P}}{S_{A}}}} , burada I N {\displaystyle I_{N}} — hesabat dövrünün xalis mənfəətidir, D P {\displaystyle D_{P}} — imtiyazlı səhmlər üzrə dividendlər, S A {\displaystyle S_{A}} — hesabat dövrü ərzində dövriyyədə olan adi səhmlərin orta çəkili sayıdır. S A {\displaystyle S_{A}} hesablanarkən hesabat dövründə adi səhmlərin sayında baş vermiş bütün dəyişikliklər nəzərə alınır. Hesablanmış EPS dəyəri sıfırdan azdırsa, səhm üzrə itki haqqında danışmaq mənasızdır. Faktiki dövriyyədə olan səhmlərin sayı nəzərə alınmaqla hesablanan səhm üzrə əsas mənfəət (ing. forward EPS) adlanır. Həmçinin, səhmlərin sayında mümkün dəyişiklikləri və digər qiymətli kağızların adi səhmlərə çevrilməsi (məsələn, opsionların həyata keçirilməsi, istiqrazların konvertasiyası, yeni səhmlərlə imtiyazlı dividendlərin ödənilməsi). IAS 33 standartına əsasən, hesabat dövrü üçün səhm üzrə mənfəətin hesablanması üçün ümumi düstur belədir: Səhm üzrə əsas mənfəət = Adi səhmdarlara aid edilən dövr üzrə mənfəət (zərər) / Hesabat dövründə dövriyyədə olan adi səhmlərin orta çəkili sayı adi səhm kapital aləti olduqda və adi səhmlərin sahiblərinə aid edilən dövr üçün mənfəət (zərər) gəlir vergisi, nəzarət hüququ olmayan səhmdarların səhmləri, imtiyazlı səhmlər üzrə dividendlər, adi səhmlərin orta çəkili sayı çıxılmaqla konsolidasiya edilmiş mənfəətdir.
Futbol üzrə Azərbaycan Kuboku
Azərbaycan Kuboku — Azərbaycan futbol klubları üçün hər il keçirilən müsabiqə. Azərbaycan Kuboku adətən sentyabr ayından maya kimi keçirilir. Azərbaycan Kuboku qalibi Azərbaycanın UEFA klub sıralamasında aldığı yerdən asılı olaraq UEFA Avropa Liqası və ya UEFA Avropa Konfrans Liqasında iştirak hüququ qazanır. Ölkə kubokunun finalında yalnız 16 klub çıxış edib. "Mövsüm" sütunu turnirin keçirildiyi tarixi bildirir. İki matçdan ibarət final oyunları sıra ilə düzülmüşdür. "Hesab" sütununda göstərilən hesablar final matçı barədə məqaləni əks etdirir.
Futbol üzrə Azərbaycan Çempionatı
Azərbaycan Premyer Liqası və ya Misli Premyer Liqası — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir. Hazırda Misli Premyer Liqasında 10 futbol klubu iştirak edir. Azərbaycan Premyer Liqasının mövsümü adətən avqust ayından maya kimi keçirilir. Premyer Liqanın qalibi UEFA Çempionlar Liqasının 1-ci pley-off mərhələsində yer alır. Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir. 1992-ci ildən 10 klub Azərbaycan Premyer Liqasının qalibi olmuşdur. Azərbaycan Premyer Liqasının ən uğurlu komandası "Qarabağ"-dır. Hazırkı çempion "Qarabağ" 2023–24 mövsümündə 11-cu dəfə bu titulu qazanmışdır. 1990-cı illərdə liqada əsasən "Neftçi", "Qarabağ", "Kəpəz", "Turan Tovuz FK" və "Şəmkir" hökmranlıq edib. 1997-ci ildə "Kəpəz" Azərbaycan Premyer Liqası tarixində ən uzun qələbə seriyasına imza atmışdır.
Futbol üzrə Danimarka çempionatı
Superliqa (dan. Superligaen) - Futbol üzrə Danimarka çempionatlarının ən yüksək liqası. Əsası 1991-ci ildə qoyulmuş və I divizionu əvəz etmişdir. Çempionat 14 komandadan ibarət olub üç dövrəli turnir şəklində keçirilir. İyulda startı verilən yarış mayda bitir. 26-cı turdan sonra klublar 2 hissəyə ayrılır. Turnir cədvəlində ilk 6 yeri tutan komanda Çempionlar qrupunda çıxış edir. Qalan 8 komanda isə bərabər saylı 2 qrupa bölünürlər. Çempionatın sonu Çempionlar qrupunda 4-cü yerin sahibi ilə ikinci səbətdəki hər bir qrupun ilk 2 komandası arasında Avropa liqasına vəsiqə uģrunda pley/off maçları oynanır. Bununla yanaşı ikinci səbətdə hər bir qrupda son 2 yerin sahibi çempionstds qalmaq uğrunda ev və səfərdə olmaqla qarşılıqlı oyunlar keçirilir.
Futbol üzrə Dünya Çempionatı
FİFA Dünya Kuboku — Futbol üzrə ən əhəmiyyətli turnir. 1930-cu ildən bəri hər dörd ildən bir təşkil olunur. (İkinci dünya müharibəsi ilə əlaqədar 1942 və 1946-cı illər istisna olmaqla.) Dünyadakı ilk beynəlxalq futbol oyunu 20 noyabr 1872-ci ildə Qlazqo şəhərində Şotlandiya və İngiltərə arasında oynanıldı və 0–0 başa çatdı. İlk beynəlxalq turnir 1884-cü ildə başlayan British Home Championship-i idi. 20-ci əsrdə dünyada populyarlaşdıqdan sonra, futbol 1900 və 1904 Yay Olimpiya Oyunlarında medalsız şou idman növü kimi iştirak etdi (sonradan Beynəlxalq Olimpiya Komitəsi rəsmi bir yarış olaraq qəbul etdi). Dünyanın birinci kuboku və ya o vaxt rəsmi olaraq adlandırıldığı kimi, "Jül Rime mükafatı" uğrunda yarışlar 1930-cu ilin iyulunda Montevideoda keçirilmişdir. Lakin dünya birinciliyi yarışlarının prinsipi daha əvvəl, 1920-ci ilin aprelində FİFA-nın Antverpendəki konqresində razılaşdırılmışdı. Bu yarışın təşkilatçısı, onun ideyalarının müəllifi Fransa Futbol Federasiyasının prezidenti, eləcə də o zaman Antverpendə FİFA prezidenti seçilmiş Jül Rime idi. Turnirə onun adı verilmişdi. Futbol üzrə dünyanın birinci çempionatının keçirilməsi haqqında son qərar 1928-ci ildə FİFA-nın Amsterdamdakı konqresində qəbul edilmişdi.
Futbol üzrə Fransa çempionatı
Liqa 1 (fr. Championnat de France de football) Fransanın ən yüksək səviyyəli futbol liqası. Bir alt səviyyədəki Liqa 2 ilə birlikdə Liqa də Football Professionnel içində olan iki liqadan biridir. Avqust ayında başlayıb may ayında sona çatan sezonların hər birində 20 komanda mübarizə aparır. Hər komandanın digərləri, biri öz meydanında digəri isə səfərdə olmaq üzrə iki matç keçirdiyi liqa 38 həftə davam edir və cəmdə 380 oyun oynanılır. Mövsüm sonunda son üç sırada qərarlaşan komandalar Liqa 2-yə düşərlər. İlk dövrə iki həftə qalmış bitərkən, ikinci sezon isə yanvar ayının 2-ci həftəsində başlayır. UEFA əmsalları sıralamasında Premyer Liqa, La Liga, Bundesliga və Serie A-dan sonra beşinci sırada yerləşir. 1930-cu ilə qədər qurulan Fransa Futbol Federasiyası Fransada liqa yaradılmağa təkan verdi. 1932-ci ildə Franas çempionatının yaradılmasına qərar verildi.
Futbol üzrə Norveç çempionatı
Elitseriya (norv. Eliteserien) - Norveç futbol çempionatlarının ən yüksək liqası. İlk belə çempionat 1937-ci ildə təşkil edilib (Norveç liqası (norv. Norgesserien) kimi). Yarış Norveç Futbol İttifaqı tərəfindən keçirilir. Çempionat 1995-ci ildən 2009-cu ilə kimi 14 komandadan ibarət idi. 2009-cu ildə klubların sayı 16-ya çıcarıldı. Turnir iki dövrəli olub payız-yaz sistemi ilə keçirilir. Elitseriyanın yekununda son 2 yeri tutmuş komanda I diviziona düşür. 14-cü yerin sahibi ilə aşağı liqada 3-cü tutmuş klub isə yüklək eşalonda qalmaq uğrunda ikitərəfli oyunlar keçirirlər.
Futbol üzrə Polşa çempionatı
Futbol üzrə Polşa çempionatı — hazırda Ekstraklasa adlandırılan və Polşa peşəkar futbol klublarının çıxş etdiyi güclülər dəstəsi. İndiyədək elitada 55 klub oynamışdır. Polşa Milli Futbol Çempionatının adları əvvəllər belə olmuşdur: 1927–1939 mövsümləri: Liga; 1948–2008 mövsümləri: I Liqa; 2004/2005 mövsümləri: Idea Ekstraklasa; 2005/2006–2007/2008 mövsümləri: Orange Ekstraklasa; 2008/2009–2010/2011 mövsümləri: Ekstraklasa; 2011/2012–2015/2016 mövsümləri: T-Mobile Ekstraklasa. 2016/2017–2018/2019 mövsümləri: LOTTO Ekstraklasa 2019/20 – mövsümləri: PKO Ekstraklasa Sonuncu 2022-2023 mövsümündə Rakuv FK çempion olmuşdur. Legiya Varşava (15): 1955, 1956, 1969, 1970, 1994, 1995, 2002, 2006, 2013, 2014, 2015, 2016, 2017, 2018, 2020, 2021 Qurnik Zabje (14): 1957, 1959, 1961, 1963, 1964, 1965, 1966, 1967, 1971, 1972, 1985, 1986, 1987, 1988 Visla Krakov (14): 1927, 1928, 1949, 1950, (**1951 - !!!), 1978, 1999, 2001, 2003, 2004, 2005, 2008, 2009, 2011 Ruch Chorzów (13): 1933, 1934, 1935, 1936, 1938, 1952, 1953, 1960, 1968, 1974, 1975, 1979, 1989 Lex Poznan (8): 1983, 1984, 1990, 1992, 1993, 2010, 2015, 2022 Cracovia (Krakov) (5): 1921, 1930, 1932, 1937, 1948 Vidzev Lodz (Lodz) (4): 1981, 1982, 1996, 1997 Pogoń Lvov (Lvov) (4): 1922, 1923, 1925, 1926 ŁKS Lodz (Lodz) (2): 1958, 1998 Polonia Bytom (2): 1954, 1962 Stal Mielec (2): 1973, 1976 Śląsk Wrocław (Vroslav) (2): 1977, 2012 Zaqlembe Lyubin (2): 1991, 2007 Garbarnia Krakov (Krakov) (1): 1931 Polonia Varşava (Varşava) (1): 2000 Szombierki Bytom (1): 1980 Warta Poznan (Poznan) (1): 1947 Piast FK (Qliviçe) (1): 2019 Bu 1951-ci ildə, Visla Krakov liqada birinci yeri qazandı və Polşa çempionu adını Polşa Kuboku Hərəkatının Ruch Chorzów qalib, mövsüm əvvəl düzəliş edilmiş Qaydalar Futbol Assosiasiyasının düşdüyünü qeyd etmək lazımdır. Visla Liqası çempionatının qazandı.
Futbol üzrə SSRİ Kuboku
Futbol üzrə SSRİ Kuboku — 1936–1992-ci illərdə SSRİ-də keçirilmiş futbol yarışı. SSRİ çempionatı ilə yanaşı, Sovet İttifaqının əsas turnirlərindən biri. Ümumilikdə 51 dəfə keçirilib. Ən titullu komanda Moskva "Spartak"ıdır — komanda 10 dəfə kuboku qazanıb.
Futbol üzrə SSRİ Superkuboku
SSRİ Futbol Superkuboku SSRİ çempionatının qalibi və kubokun qalibi arasında baş tutan bir və ya iki matçdan ibarət futbol turniridir. Kiçik turnir ilk dəfə Komsomolskaya pravda qəzetinin redaktor rəhbərlərinin təşəbbüsü ilə təşkil edilmişdir. Turnir qeyri-rəsmi xarakter daşıyırdı və heç vaxt SSRİ Futbol Federasiyasının bir hissəsi olmamışdır. Turnir SSRİ futbolunun son 15 ilində, cəmi 7 dəfə təşkil olunmuşdur. 1983-cü ilədək turnir davamlı olaraq keçirilmirdi. Adətən turnir müvsümün ortalarında baş tuturdu. 1987-ci ildə SSRİ çempionatının qalibi olmuş "Spartak Moskva" və kubokun qalibi olmuş "Dinamo Kiyev" arasında keçirilməsi planlaşdırılan oyun Moldovanın paytaxtı sayılan Kişinyov şəhərində baş tutmalı idi. Lakin Kişinyovda yetərli olmayan qeyri-kafi obyektlər səbəbindən matç heç bir zaman keçirilmədi. Sonuncu futbol üzrə SSRİ Superkuboku Rusiyanın Soçi şəhərində baş tutdu ki, burada da oyunu 1500 azarkeş izləmişdir. 1977 SSRİ Superkuboku 1981 SSRİ Superkuboku 1984 SSRİ Superkuboku, iki oyundan ibarət olmuşdur Şaxtyor yekunda 3-2 hesabı ilə qalib oldu 1985 SSRİ Superkuboku, iki oyundan ibarət olmuşdur Zenit yekunda 3-1 hesabı ilə qalib oldu USSR (Soviet Union) - List of Super Cup Finals, rsssf.com.
Futbol üzrə SSRİ çempionatı
Futbol üzrə SSRİ çempionatı — Sovet İttifaqının ən yaxşı futbol komandaları arasında hər il keçirilən çempionat. 54 çempionat ərzində Qırğızstan və Türkmənistan istisna olmaqla SSRİ-nin bütün respublikalarının komandaları Güclülər dəstəsində oynamışdır. Amma yalnız beş respublikanın (Rusiya, Ukrayna, Belarus, Gürcüstan və Ermənistan) səkkiz şəhərini təmsil edən cəmi 11 klub SSRİ çempionu olmuşdur.
Futbol üzrə Türkiyə Kuboku
Ziraat Türkiyə Kuboku — Türkiyə Futbol Federasiyası 1961-ci ildən başlayan UEFA Kuboklar Kubokunda Türkiyəni təmsil etmək məqsədilə 1962–1963 mövsümündə Türkiyə Çempionatının bütün dəstələrində yer alan 66 komandanın iştirakı ilə ilk Türkiyə Kubokunu təşkil etmişdir. Turnir 1980–1981 mövsümündən Federasiya Kuboku adı ilə təşkil edilmişdir. 1992–1993 mövsümündən etibarən isə Türkiyə Kuboku adı bərpa olunmuşdur. Qalatasaray 18 dəfə bu kuboku qazanaraq ən çox Türkiyə Kubokunun sahibi ünvanını qazanmışdır. 2009-cu ildən etibarən kubokun adı "Ziraat Türkiyə Kuboku" olmuşdur. Qeyd: Altay oyuna çıxmadığı üçün Qalatasaray texniki qələbə qazandı. Püşk ilə Altay qələbə qazandı.
Futbol üzrə Çexiya superkuboku
Futbol üzrə Özbəkistan kuboku
Futbol üzrə Özbəkistan kuboku (özb. O‘zbekiston Kubogi) — Özbəkistan Futbol Federasiyası tərəfindən idarə olunan ölkədəki ən yüksək səviyyəli liqadır.
Futbol üzrə İspaniya çempionatı
La Liqa (isp. Liga de Fútbol Profesional, LaLiga) — İspaniya peşəkar futbol liqası. İlk dəfə 1929-cu ildə keçirilmişdir və "Barselona" mövsümün qalibi olmuşdur.Liqadakı ən titullu klub "Real Madrid"dir. Hər il 20 komandanın oynadığı liqada son 3 yeri tutan klub Sequndaya düşür. İlk 4 klub isə UEFA Çempionlar Liqasına çıxır. 4–7-ci yerləri tutan klublar isə UEFA Avropa Liqasına çıxır. La liqanın ən məhsuldar oyunçusu "Barselona"da oynayan Argentinalı ulduz Lionel Messidir. 2015-ci ilə qədər BBVA sponsorluq edirdi. Daha sonra isə Electronic Arts sponsor oldu. İcraçı direktor isə Javier Gomez Morinadır .
Futbol üzrə İsveç çempionatı
Allsvenskan (isv. Allsvenskan) — İsveçin futbol üzrə ən yüksək liqası. 1924-cü ildə təsis edilmişdir. 1896-1925-ci illər arasında İsveç klubları arasında İsveç Çempionatı (isv. Svenska Mästerskapet) keçirilirdi. Daha sonra isə bu turniri Allsvenskan əvəz etdi. İlk belə yarışmanın qalibi QAİS klubu olmuşdur. 1987-ci ilə kimi çempionatın rəsmi adı I Divizion idi və yalnız bu ildən müasir ismi ilə adlandırıldı. Allsvenskan mövcud olduğu müddət ərzində həm payız-yaz, həm də yaz-payız sistemi ilə keçirilmişdir. 1982-1990-cı illərdə çempionatın sonunda pley/off maçları keçirilirdi.
Futbol üzrə İtaliya çempionatı
İtaliya A Seriyası — İtaliya futbol liqasının ali divizionu, dünyada ən güclü futbol divizionlarından biri sayılır, UEFA ölkə reytinqində IV yerdədi (2014 ilə əsasən) Çempionatın rəsmi sponsoru Telecom Italia sayılır, elə çempionatın adıda bununla bağlıdı it. Lega Nazionale Professionisti Serie A TIM. 2004–05 sezonundan etibarən italyan çempionatda 20 komanda iştirak edir. Futbol mövsümü ərzində (avqustdan maya qədər) hər bir komanda bir biri ilə 2 dəfə qarşılaşırlar. Beləliklə bir klub mövsüm ərzində 38 oyun keçirdir (andata adlanan 1-ci dövrədə 19, və ritorno adlanan 2-ci dövrədə 19 oyun). Görüşlərin ardıcıllığı hər iki dövrədə eynidir. Komandalar qələbəyə görə 3, heç-heçəyə görə isə 1 xal qazanırlar. Məğlubiyyətə görə xal verilmir. Klublarin eyni miqdarda xal topladığı halda, vurulmuş və buraxılmış topların fərqi müqayisə olunur. Əgər eyni miqdarda xalı çempionatda birinci yerdə olan komandalar qazanıblarsa, onda bu qayda etibarsız sayılır. Hər mövsümün sonunda hamıdan çox xal toplamış klub qalib elan edilir.